Çexiya vətənlərinə qayıtmaq istəyən ukraynalı qaçqınlara pul ödəməyə qərar verib
Çexiya prezidenti Petr Pavel vətənlərinə qayıtmaq istəyən ukraynalı qaçqınlara maliyyə yardımı haqqında qanun imzalayıb.
Bu barədə "İzvestiya" nəşri xəbər verib.
Qeyd olunur ki, hökumət qaçqınların Ukraynaya qayıtması ilə bağlı xərcləri qismən ödəmək niyyətindədir. Bu halda məbləğin ölçüsü özəl amillərdən asılı olacaq və dəstək tədbirindən bir dəfə istifadə edilə biləcək.