Çexiya ukraynalı qaçqınlara kömək üçün 1,6 milyard dollar xərcləyib
Ötən il fevralın 24-dən bu il martın sonuna qədər Çexiya Ukraynadan olan qaçqınlara kömək üçün təxminən 1,59 milyard dollar xərcləyib.
AFN.az xəbər verir ki, Çexiya Maliyyə Nazirliyindən verilən məlumata görə, dövlət büdcəsindən qaçqınlara kömək üçün 1 milyard dollardan çox vəsait xərclənib. Vəsaitlər daha çox sosial müavinətlərə, qaçqınların yaşayışına və səhiyyəyə istifadə edilib. "Eyni zamanda, 100 minə yaxın ukraynalı ölkəyə gəldikdən sonra işləməyə başlayıb, bu isə o deməkdir ki, vəsaitin əhəmiyyətli hissəsi vergi və rüsumlar şəklində Çexiya iqtisadiyyatına qaytarılır", - deyə nazirliyin hesabatında bildirilir.
Çexiya həmçinin Ukraynaya təxminən 33 milyon dollar məbləğində hərbi yardım etməyi planlaşdırır.