Şabranda evə basqın: Şübhəlilər saxlanıldı - YENİLƏNİB


DİN-nin mətbuat xidmətindən verilən xəbərə görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən digər şəxs - əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü Murad Məmmədov saxlanılıb.


***

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hazırda xəstənin vəziyyəti ağır qiymətləndirilir:


“1966-cı il təvəllüdlü Şabran rayon sakini bu gün saat 08:11-də təcili tibbi yardım biriqadası vasitəsilə Şabran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona ilkin olaraq başın təpə və ənsə nahiyələrinin çoxsaylı çapılmış yarası, açıq kəllə beyin travması diqanozu qoyulub. Hazırda xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir”.

***

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Quba regional qrupundan bildirilib ki, iyunun 24-də Şabran rayonunda fərdi yaşayış evlərindən birində Hüseynova Gülnarə Şıxkərəm qızının kəsici alətlə yetirilən xəsarətlərdən ölməsi, həyat yoldaşı Hüseynov Arif Qaspar oğlunun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.


Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunan 1983-cü il təvəllüdlü Fərzəliyev Elçin Məmmədağa oğlu saxlanılıb, digər şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

***

Şabran rayonunda evə basqın olub, ölən və yaralanan var.


AFN.az-ın “Report”a istinadən məlumatına görə, Şabranın “Üç sotlar” yaşayış massivindəki fərdi yaşayış evlərindən birinə basqın edilib.

İlkin ehtimala görə, oğurluq məqsədilə edilən basqın zamanı rayon sakini Hüseynova Gülnarə Şıxkərim qızı öldürülüb. Onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Hüseynov Arif Qaspar oğlu isə ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu