Bethovenin saç nümunələri onun sağlamlıq problemləri ilə bağlı yeni faktları üzə çıxarıb


Təxminən 200 il əvvəl saxlanılan məşhur bəstəkar Lüdviq van Bethovenin saç nümunələri üzərində aparılan araşdırmalar onun yaşadığı sağlamlıq problemləri ilə bağlı yeni nəticələr ortaya çıxarıb. 

AFN.az xəbər verir ki, alimlər bəstəkarın saçlarında Hepatit B virusuna yoluxma və yüksək səviyyədə qurğuşuna məruz qalma ilə bağlı sübutlar aşkar ediblər.

2023-cü ildə aparılan genetik araşdırmalar Bethovenın bəzi saç nümunələrinin əslində ona aid olmadığını üzə çıxarıb. Bəstəkarın olduğu təsdiqlənən nümunələrdə isə Hepatit B infeksiyası aşkarlanıb.

Tədqiqatçılar bu infeksiyanın qaraciyərin zədələnməsinə səbəb olan amillərdən biri ola biləcəyini bildiriblər.

2024-cü ildə aparılan başqa bir araşdırmada Bethovenın saç nümunələrindən birində qurğuşun miqdarının normal göstəricilərin 95 qatına çatdığı müəyyən edilib.

Nümunələrdə, həmçinin yüksək miqdarda arsen və civə aşkar olunub.

Alimlərin fikrincə, qurğuşuna məruz qalma bəstəkarın yaşadığı eşitmə itkisi, qarın ağrısı və həzm problemlərinə səbəb olan amillərdən biri ola bilər.

Bethovenın 1827-ci ildə ölümünün dəqiq səbəbi isə hələ də məlum deyil.

Alimlər Hepatit B infeksiyası və qurğuşuna məruz qalmanın bəstəkarın sağlamlıq problemlərində rol oynaya biləcəyini, lakin bu amillərin onun ölüm səbəbini təkbaşına izah etmədiyini vurğulayırlar.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu