Saç nümunələri sirri açdı: Bethovenin ölüm səbəbi...


Məşhur bəstəkarın vəfatı ilə bağlı uzun illərdir davam edən müzakirələrə işıq salacaq araşdırma aparılıb.


AFN.az xəbər verir ki, saç nümunəsi 56 yaşında dünyasını dəyişən məşhur bəstəkar Lüdviq van Bethovenin DNT-sində gizlənən faktları üzə çıxarıb. Belə ki, Kembric Universitetinin bir qrup tədqiqatçısı ilk olaraq Avropa və ABŞ-dakı kolleksiyalardan 8 saç nümunəsi ilə təhlillərə başlayıb. Lakin onlardan biri analiz edilə bilməyəcək qədər zədələnmişdi. Onların ikisinin Bethovenə aid olmadığı ortaya çıxıb. Belə ki, komanda 5 nümunə ilə işlərini davam etdirərək ilk dəfə bəstəkarın genomunun ardıcıllığına nail olub.
Saç tellərindən əldə edilən DNT analizi 1770-ci ildə Almaniyada anadan olmuş məşhur bəstəkarın ölümü ilə bağlı yeni məlumatlar üzə çıxarıb. Məlumatlar Bethovenin genetik olaraq qaraciyər xəstəliyinə meylli olduğunu və ölümündən aylar əvvəl hepatit B xəstəliyinə tutulduğunu ortaya qoyub.
Almaniyadakı Maks Plank Təkamül Antropologiya İnstitutundan Yohannes Krause araşdırma ilə bağlı verdiyi açıqlamada Bethovenin ölümünün dəqiq səbəbini söyləməyin mümkün olmadığını bildirib. “Ancaq bu mərhələdə biz ciddi irsi riskləri və Hepatit B olmasını təsdiq edə bilərik" - deyə tədqiqatçı qeyd edib.

"CNN International"da yer alan xəbərə görə, araşdırmada istifadə edilən və Bethovenin daha əvvəl qurğuşun zəhərlənməsindən əziyyət çəkdiyini irəli sürən saç nümunəsinin məşhur bəstəkara deyil, qadına aid olduğu müəyyən edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu