Alimlər tarixdə məlum olan ən qədim əlifbanı kəşf ediblər


Suriyada qədim qəbirlərdən çıxarılan gil silindrlər üzərində həkk olunmuş yazılar bəşər tarixində məlum olan ən qədim əlifbaya aiddir.


“Science Daily” jurnalının xəbərinə görə, alimlər Suriyanın ən qədim şəhər mərkəzlərindən biri olan Umm-el Marrada qədim məzarlarda arxeoloji qazıntılar aparıblar.

Əsası ilk tunc dövrünə aid olan bu qəbirləri qazan tədqiqatçılar qızıl və gümüş zinət əşyaları, 6 skelet, yemək bişirən qablar, saxsı qablar və nizə ucu, həmçinin üzərində yazılar həkk olunmuş 4 barmaq uzunluğunda gil silindr aşkar ediblər.

Cons Hopkins Universitetinin arxeologiya professoru və qazıntıları aparan tədqiqat qrupunun üzvü Glenn Şvartz bildirib ki, tarixi radiokarbon təyini ilə təsdiqlənən yazıların eramızdan əvvəl 2400-cü illərə aid olduğu təxmin edilir.

Bu yazıların digər məlum əlifba sistemlərindən təxminən 500 il daha yaşlı olduğunu qeyd edən Şvartz, bu kəşfin əlifbanın eramızdan əvvəl 1900-cü ildən sonra Misirdə və ya onun ətrafında icad edildiyi inancını dəyişdirəcəyini qeyd edib.

Şvarts aşkar edilən silindrlər üzərindəki yazıların məzardan çıxarılan əşyaların haradan gəldiyi və ya kimə aid olduğu ilə bağlı suallara cavab ola biləcəyini bildirib. "Ancaq yazıları tərcümə edəcək bir alət olmadan biz ancaq fərziyyə edə bilərik" - deyə elm adamı vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu