Romada imperator Neronun teatrının qalıqları tapılıb


İtaliyanın paytaxtı Romada imperator Nerona məxsus teatrın qalıqları tapılıb.


İtaliya mətbuatında yer alan xəbərlərə görə, Vatikan yaxınlığındakı Rovere sarayının həyətində arxeoloqlar tərəfindən aparılan qazıntılar nəticəsində Roma imperatoru Neronun teatrının qalıqları aşkar edilib.

Eramızdan əvvəl 54-68-ci illərdə imperator olan Neronun Qədim Romada tikdirdiyi özəl teatrın bir müddət mövcud olduğu ancaq qədim mətnlərdə adının çəkildiyi üçün bilinirdi.

Arxeoloqlar qazıntılar zamanı mərmər sütunlar, qızıl yarpaqlı stükka bəzəkləri və teatr dekorasiyası üçün istifadə olunan otaqlar tapıblar.

Roma Arxeoloji Saytının direktoru Daniela Porro bu tapıntının fövqəladə əhəmiyyətli olduğunu bildirib.

Qazıntı işlərinin təşəbbüskarı olan arxeoloq Renato Sebastiani deyib ki, Rovere sarayının altındakı arxeoloji kəşflər onlara qədim Romadan orta əsrlərə qədər olan geniş dövr haqqında çoxlu məlumatlar verib.

Rovere sarayında qazıntılar 2020-ci ildə başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu