Yaponiyada yüz minlərlə sikkə olan qədim xəzinə tapılıb


Yaponiyalı arxeoloqlar Tokiodan təxminən 100 kilometr şimal-qərbdə yerləşən Maebaşı şəhərində təxminən 100 min sikkədən ibarət nəhəng anbar aşkar ediblər.



Yaponiyanın Asahi Shimbun qəzeti xəbər verir ki, xəzinə fabrikin tikintisindən əvvəl aparılan qazıntılar zamanı tapılıb. İndiyədək cəmi 334 sikkə araşdırılıb, ən qədim sikkə Çindən gəlib və eramızdan əvvəl 175-ci ilə, ən son sikkə isə eramızdan əvvəl 1265-ci ilə aiddir.

Sikkələr 1060 bağlamada saxlanılırıb və hər bir bağlamada təxminən 100 sikkə olub.

Yaponiyada bir neçə böyük sikkə dəfinələri tapılıb, lakin onların niyə basdırıldığı alimlər arasında mübahisə mövzusudur.

“Xəzinələr bank kimi fəaliyyət göstərə bilər. Digər bir nəzəriyyə isə odur ki, anbarın simvolik, bəlkə də dini məna daşıması olub”, - alimlər qeyd edirlər.

Başqa bir fərziyyə yaponların müharibə zamanı sikkələri təhlükəsiz saxlamaq üçün basdırdıqlarıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu