Yaponiya kiberhücumlarla mübarizəni gücləndirir


Yaponiya hökuməti yerli şirkətlərin kiberhücumlardan qorunmasına kömək etmək məqsədilə xüsusi işçi qrupu yaradıb.

AFN.az xəbər verir ki, Yaponiya İctimai Televiziyasının məlumatına görə, onlarla mütəxəssisin daxil olduğu qrup Nazirlər Kabineti Aparatının Milli Kibertəhlükəsizlik İdarəsi nəzdində fəaliyyətə başlayıb.

Yeni struktur daxil olan məlumatları təhlil edəcək, mümkün və ya artıq baş vermiş kiberhücum əlamətləri aşkarlandıqda isə şirkətlərə müdafiə üçün konkret həll yolları təklif edəcək.

İşçi qrupunun yaradılması Yaponiya şirkət və müəssisələrinə qarşı kiberhücumların kəskin artması fonunda hökumətin qəbul etdiyi təcili tədbirlər paketinə daxildir. Son dövrlər ölkədə müxtəlif şirkət və qurumların sistemlərinin naməlum hakerlər tərəfindən ələ keçirilməsi, nəticədə on milyonlarla insanın məlumatlarının sızması barədə mütəmadi xəbərlər yayılır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu