Yaponiya Rusiyanın Ukraynaya hücumlarını dəstəkləyən təşkilatlara qarşı sanksiyalar tətbiq edəcək
Yaponiya hökuməti Rusiyanın Ukraynaya hücumlarına dəstək verən Çin də daxil olmaqla 5 ölkədə yerləşən bəzi təşkilatlara sanksiya tətbiq edəcək.
Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib ki, baş nazir Kişida Fumio kabineti Rusiyanın Ukraynaya hücumlarını dəstəkləyən təşkilatlara ticarət məhdudiyyətləri tətbiq etmək qərarına gəlib.
Açıqlamada Çin də daxil olmaqla 5 ölkədəki bəzi təşkilatların “Rusiyanın hücumlarla bağlı cəza tədbirlərindən qaçmasına kömək etdikləri” səbəbiylə sanksiya siyahısına daxil edildiyi bildirilib.
Açıqlamada Hindistan, Özbəkistan, Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərində yerləşən təşkilatların aktivlərinin dondurulması və ixrac qadağası da daxil olmaqla, iqtisadi sanksiyalara məruz qalacağı, Çin mərkəzli “Asia Pacific Links Limited” və “Yilufa” şirkətlərinin olduğu vurğulanıb. Rusiya pilotsuz uçan aparatlarına mikroçip təmin etdiyi bilinən "Electronics Limited"in də sanksiya siyahısına daxil edildiyi qeyd edilib.
Açıqlamada bu şirkətlərin hərbi sənayedə istifadə oluna biləcək materialların tədarükündə rol oynadığından şübhələnildiyi üçün qadağan olunmuş siyahıya əlavə ediləcəyi və sanksiyaların nəzərə alınaraq tətbiq ediləcəyi vurğulanıb.
Qeyd edək ki, Yaponiyanın baş naziri Kişida Fumio ötən həftə İtaliyada keçirilən G7 Liderlər Sammitində Rusiyanı dəstəkləyən bəzi ölkələrdə təşkilatlara qarşı sanksiyalar tətbiq edəcəklərini açıqlamışdı.
Mənbə: AA