Böyük Britaniya Çin, Türkiyə, Serbiya və Özbəkistandakı şirkətlərə qarşı sanksiyalar tətbiq edib
Böyük Britaniya Rusiyanın hərbi təchizat zəncirlərində iştirak edən və onun Ukraynaya müdaxiləsinə dəstək verən müxtəlif ölkələrdən olan şəxslərə və qruplara qarşı 46 yeni sanksiya tətbiq edib.
"Reuters" Britaniya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, Çin, Türkiyə, Serbiya və Özbəkistanda fəaliyyət göstərən şirkətlərə sanksiya tətbiq edilib.
XİN-dən verilən açıqlamada deylir: “Biz Putinə təzyiqi artırmağa və harada olurlarsa olsunlar, Rusiyaya qadağan olunmuş mal və texnologiya tədarük edən üçüncü tərəflərə qarşı sərt tədbirlər görməyə davam edəcəyik”.
Britaniya pilotsuz uçan aparatların və raket hissələrinin inkişafı və istehsalı və elektron komponentlərin idxalı ilə əlaqəli 31 şəxs və təşkilata, həmçinin Rusiya neftinin ticarəti ilə məşğul olduğunu bildirdiyi 4 Birləşmiş Ərəb Əmirlikləri şirkətinə qarşı sanksiya tətbiq etdiyini açıqlayıb.
Xarici İşlər Nazirliyi Minskin Rusiyanın hərbi səylərini dəstəkləmək üçün istifadə etdiyi hərbi texnologiyaları istehsal edən Belarus müdafiə təşkilatına qarşı sanksiyalar tətbiq etdiyini bildirib.