Rusiya 23 Britaniya vətəndaşına qarşı sanksiya tətbiq edib


Rusiya Xarici İşlər Nazirliyi İngiltərənin anti-Rusiya siyasətləri səbəbindən hərbi-siyasi, media və elmi ictimaiyyəti təmsil edən 23 Britaniya vətəndaşına sanksiya qərarının verildiyini açıqlayıb.


Qurumdan verilən açıqlamada Londonun şəxsi sanksiya mexanizmindən istifadə edərək və Kiyev rəhbərliyinə hərtərəfli dəstək verərək anti-Rusiya siyasəti həyata keçirdiyi bildirilib.

Bu vəziyyətlə əlaqədar bəyanatda Böyük Britaniya üçün Rusiyaya giriş qadağaları siyahısının genişləndirilməsinə qərar verildiyi, Böyük Britaniyanın hərbi-siyasi, media və elmi ictimaiyyətini təmsil edən 23 Britaniya vətəndaşının ölkəyə girişinə qadağa qoyulduğu bildirilib.

Açıqlamada bildirilib ki, Rusiyaya girişi qadağan edilənlər arasında Ukrayna Silahlı Qüvvələri üzvlərinin təliminə nəzarət edən Böyük Britaniya Baş Qərargah rəisi admiral Toni Radakin və Britaniya Birgə Kəşfiyyat Komitəsinin sədri Madlen Alessandrinin də adları var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu