Avstraliya insan haqlarını pozduğuna görə İranlı şəxslərə və təşkilatlara qarşı sanksiyalar tətbiq edib


Avstraliya insan haqlarının pozulması iddiası ilə 4 nəfər iranlı şəxsə və 3 təşkilata sanksiya tətbiq edib.


Avstraliya hökuməti İranlı şəxslərə və təşkilatlara qarşı “insan haqlarının pozulması” və “təzyiq tətbiqi” səbəbi ilə sanksiyalar tətbiq etdiyini açıqlayıb.

Bildirilib ki, hökumət İran hüquq-mühafizə orqanlarının sözçüsü Səid Montazer Əl-Mehdi də daxil olmaqla 4 nəfərə səyahət qadağası qoyub.

Sanksiyaların İran Kiber Polisinə və dövlət tərəfindən dəstəklənən media qurumuna da tətbiq edildiyi qeyd edilib.

Sanksiyaların bir çox insanın, o cümlədən qadınların “əziyyətinə” görə məsuliyyət daşıyanlara qarşı tətbiq edildiyini bildirən Avstraliyanın xarici işlər naziri Penni Vonq “Avstraliya hökuməti İranın insan haqları pozuntularına görə məsuliyyət daşıması üçün qəti və məqsədyönlü addımlar atmağa davam edəcək" - deyə bildirilib.

O, İran rejimini Məhsa Eminin ölümünə görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etməyə çağırdıqlarını deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu