ABŞ SEPAH üzvlərinə yeni sanksiyalar tətbiq edib


ABŞ cümə axşamı günü İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və onun xarici əməliyyatlar bölməsi olan Qüds Qüvvələrinin üzvlərinə və ona bağlı qüvvələrinə qarşı sanksiyalar tətbiq edib.


AFN.az-ın Amerikanın Səsinə istinadən verdiyi məlumata görə, Vaşinqton onları “keçmiş ABŞ hökumət rəsmilərini və İran dissidentlərini, o cümlədən jurnalistləri hədəf alan terror planlarında iştirak etməkdə” ittiham edib.

ABŞ Xəzinədarlıq Departamenti bildirib ki, sanksiya İran və Türkiyədə yerləşən üç şəxsi, Qüdslə əlaqəli bir şirkəti və İİKK kəşfiyyat təşkilatının iki yüksək vəzifəli rəsmisinə tətbiq olinub. Onlar mülki şəxslərə, o cümlədən jurnalistlər və fəallara qarşı ölümcül əməliyyatların planlaşdırılmasında iştirak ediblər.

Bu, ABŞ rəsmilərinə və iranlı müxaliflərə qarşı hücumlarda ittiham olunan iranlı əməliyyatçılara qarşı ABŞ sanksiyalarının son siyahısıdır. 2021-ci ildə Xəzinədarlıq Departamenti iranlı tənqidçi və Amerikanın Səsinin fars aparıcısı Məsih Əlinejadı qaçırmağa cəhddə ittiham edərək, iranlı əməliyyatçılara qarşı sanksiyalar tətbiq edib.

Bu yeni sanksiyalar nəticəsində ABŞ-ın yurisdiksiyasına tabe olan beş şəxsin və şirkətin bütün əmlakı bloklanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu