ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq etdi


ABŞ Maliyyə Nazirliyi ölkədəki şirkətlərə və dövlət qurumlarına kiberhücumlar həyata keçirdiklərini əsas gətirərək 2 İran şirkəti və 4 İranlıya sanksiya tətbiq etdiyini açıqlayıb.



ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller sözügedən qərarla bağlı verdiyi açıqlamada nazirliyin sanksiya qərarını 4 nəfər üçün hazırladığı iddianamə ilə birlikdə qəbul etdiyini ifadə edərək, "SEPAH-CEC ABŞ və digər ölkələrdə qurumlara qarşı kiber hücumlardan məsul olan İran dövlət təşkilatıdır" vurğulayıb.

ABŞ-ın zərərli kiber hərəkətləri üzə çıxarmaq və günahkarları cəzalandırmaq üçün işlərini davam etdirəcəyini vurğulayan Miller, "ABŞ ölkə şirkətlərini hədəf alan kiber hücumlara dözməyəcək" deyib.

Bu arada OFAC-ın açıqlamasında müvafiq şirkət və şəxslərin adları paylaşılarkən, siyahıdakı adların ABŞ-dakı varlıqlarının bloklandığı da qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu