ABŞ husilərə dəstək verdiyi üçün daha iki şirkətə sanksiya tətbiq edib
ABŞ Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Honq-Konq və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən iki şirkətə husilərə maliyyə dəstəyi verən Səid əl-Camal şəbəkəsi adından İran mallarını daşımaları səbəbilə sanksiya tətbiq edib.
OFAC-ın sanksiya tətbiq etdiyi şirkətlərlə bağlı ABŞ Maliyyə Nazirliyindən yazılı açıqlama verilib.
Açıqlamada, Honq-Konqun “Cielo Maritime” şirkəti ilə BƏƏ-nin “Global Tech Marine Services” şirkətlərinə maliyyə dəstəyi verən Səid əl Camal şəbəkəsi adına husilərə İran mallarını daşıdıqları səbəbilə sanksiyaların tətbiq edildiyi bildirilib.
Həmçinin Səid əl Camalın İran İnqilab Keşikçiləri Ordusunun Qüds Gücünə maddi dəstək verdiyi vurğulanıb və “ABŞ husiləri maliyyələşdirən və onların hücumlarını asanlaşdıran qeyri-qanuni İran maliyyə şəbəkələrinə qarşı tədbirlər görməyə davam edir” - deyə qeyd edilib.
Bu çərçivədə sözügedən şirkətlərin sahibi olduğu; əldə edilən gəlirin Husilərin hücumlarına dəstək üçün istifadə edildiyi əsas gətirilərək 4 gəminin fəaliyyətinin qadağan edildiyi bildirilib.
ABŞ Dövlət Departamenti 28 dekabr 2023-cü ildə adı açıqlanmayan bir şəxsi və Yəməndəki husilərə dəstək verən üç təşkilatı sanksiya siyahısına daxil etdiyini açıqlamışdı.