ABŞ zərərli kiber əməliyyatlara görə 2 Çin vətəndaşına sanksiya tətbiq etdi


ABŞ Çində yerləşən bir şirkət və iki Çin vətəndaşını ölkə qurumlarını hədəf alan zərərli kiber əməliyyatlar həyata keçirdiklərini əsas gətirərək sanksiya siyahısına daxil edib.



ABŞ Maliyyə Nazirliyi 2 Çin vətəndaşına və Uhanda yerləşən bir şirkətə qarşı sanksiya qərarını açıqlayıb.

Açıqlamada sanksiya siyahısına daxil edilən “Wuhan Şiaoruici Science and Technology Company Limited” adlı şirkətin pis niyyətli kiber əməliyyatları ört-basdır etmək üçün istifadə edildiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, şirkətlə əlaqəsi olan hakerlər Cao Quanqzonq və Ni Qaobinə sanksiyalar tətbiq edilib.

Açıqlamada sanksiyaların səbəbi kimi ABŞ-da mühüm infrastruktur sektorları ilə əlaqəli təşkilatların zərərli kiber əməliyyatlarla hədəfə alınması göstərilib.

Mövzu ilə bağlı Ədliyyə Nazirliyinin dərc etdiyi iddianamədə sanksiya siyahısına daxil edilən Cao və Ni ilə yanaşı Vınq Ming, Çınq Fınq, Pınq Yaovın, Sun Şiaohui, Şiong Vang adlı 5 nəfər haqqında da ittihamlar irəli sürülüb.

Açıqlamada sözügedən şəxslərin Çin hökumətinə bağlı olduğu iddia edilən APT31 qruplaşmasına bağlı olduqları və Çinin iqtisadi casusluq və xarici kəşfiyyat məqsədlərinə nail olmağa çalışdıqları ifadə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu