Çin ABŞ-ın Rusiya sanksiyalarına Çin şirkətlərini daxil etməsinə sərt reaksiya verib


ABŞ-ın Ukrayna müharibəsinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində 17 Çin şirkətinin də yer almasına Çin reaksiya verib.


Çin Ticarət Nazirliyindən verilən açıqlamada Vaşinqtonun sərhədlər üzərindəki yurisdiksiyasından birtərəfli sanksiyalarla istifadə etdiyi və qərarın iqtisadi zorakılığın tipik bir nümunəsi olduğunu ifadə edib.

Açıqlamaya görə, Çin ölkə şirkətlərinin qanuni hüquq və maraqlarını qorumaq üçün lazımi tədbirlər görəcək.

Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning Pekində keçirdiyi mətbuat konfransında Çinin Ukrayna böhranında obyektiv və qərəzsiz mövqe tutduğunu, sülh danışıqlarını təşviq etməyə və siyasi həll üçün konstruktiv rol oynamağa çalışdığını bildirib.

Çin və Rusiya arasında normal ticarət və iqtisadi əməkdaşlığın nə üçüncü tərəfləri hədəf alacağını, nə də üçüncü şəxslərin müdaxiləsinə məruz qalmayacağını vurğulayan sözçüsü Mao, bu səbəbdən Çin şirkətlərinə qarşı qeyri-qanuni sanksiyaların tətbiqinə qarşı olduqlarını qeyd edib.

Fevralın 23-də, Rusiya-Ukrayna müharibəsinin başlamasının ikinci ildönümü ərəfəsində ABŞ 9 Çin şirkətini sanksiya siyahısına daxil edib və 8 Çin şirkətinə hərbi xidmət təmin edə biləcək məhsulların ticarəti ilə bağlı ixrac məhdudiyyətləri tətbiq edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu