ABŞ SEPAH-a sanksiya tətbiq etdi


ABŞ hökuməti Tehrandakı yüksək vəzifəli məmurlara, eləcə də İranda rejimin maraqlarına uyğun fəaliyyət göstərən elit qüvvə olan İslam İnqilabı Keşikçiləri Korpusuna qarşı yeni sanksiyalar elan edib.


AFN.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin rəsmi məlumatında belə deyilir.
“Xarici Aktivlərə Nəzarət İdarəsi bu gün İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kooperativ Fonduna və onun idarə heyətinin beş üzvünə, həmçinin Kəşfiyyat və Təhlükəsizlik Nazirinin müavininə və SEPAH-ın 4 yüksək rütbəl rəhbərinə sanksiya tətbiq edib”-deyə sənəddə qeyd edilir.
ABŞ Xəzinədarlığı qadağaları ümummilli etirazların yatırılması, habelə fərqli fikir və müxalifətin təqib edilməsi ilə bağlı ciddi insan hüquqlarının pozulmasına görə tətbiq edib.
Qeyd olunur ki, sanksiyalar Avropa İttifaqı və Böyük Britaniya ilə razılaşdırılıb və rejimin qəddar səylərinin böyük hissəsini maliyyələşdirən İslam İnqilabı Keşikçiləri Korpusunun əsas iqtisadi sütununa yönəlib.
ABŞ-ın bundan öncə İranda dinc nümayişlərin yatırılmasına, insan haqlarının kobud şəkildə pozulmasına və rejimin vətəndaşların internetdə pulsuz məlumat əldə etmək imkanını kəsmək cəhdlərinə görə məsuliyyət daşıyan fiziki və qurumlara qarşı 8 raund sanksiya tətbiq etdiyi xəbər verilir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu