SEPAH-ın hərbi baza komandiri öldürüldü


İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabiti Qasım Fətullahi Tehranda öldürülüb.


AFN.az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.
Qeyd edilir ki, yanvarın 3-də axşam saatlarında İran İslam İnqilabı Keşikçiləri Korpusunun Tehrandakı Məhəmməd Rəsulullah bölməsində xidmət edən Qasem Fətullahi evinin həyətində hücuma məruz qalıb. Naməlum şəxs Fətullahiyə 4 dəfə atıb. O, aldığı güllə yaralarından ölüb. Qasem Fətullahinin "SEPAH"ın yarımhərbi strukturu olan Bəsicin Tehranın mərkəzindəki Möhtəri rayonunda yerləşən bazasının komandiri olduğu bildirilir.
Qeyd edək ki, İrandakı etiraz aksiyalarında iştirak edənlərin qətlində, onların həbsində və işgəncə ilə öldürülməsi Bəsiclər xüsusi fəallıq göstərir. Ona görə də Fətullahianın etirazçılar tərəfindən qisas məqsədilə öldürüldüyü ehtimal olunub.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu