Yaponiya Rusiyaya yeni sanksiyalar tətbiq edib


Yaponiya hökuməti anti-Rusiya tədbirləri çərçivəsində Rusiyadan 11 fiziki şəxs, 51 hüquqi şəxs və 3 banka, həmçinin 8 ölkədən onlarla şirkət və 1 fiziki şəxsə qarşı sanksiya tətbiq etmək qərarına gəlib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, müvafiq qərarları Nazirlər Kabineti tərəfindən dərc edilib. Bundan əlavə, Rusiyada sənayedə istifadə olunan kapsaisinin və 335 növ malın, o cümlədən xüsusi texnika, kiçik motosiklet və alətlər üçün hissələrin ixracı qadağan edilib.

Eyni tədbirlər Çin (18), BƏƏ (1), Qazaxıstan (1), Qırğızıstan (2), Tailand (1) və Türkiyədən (8) 31 şirkətə şamil edilir. Bundan əlavə, aktivlərin dondurulması bir KXDR vətəndaşına, eləcə də Gürcüstanın MRB Bankına aiddir.

Yaponiya hökuməti Ukraynada xüsusi hərbi əməliyyata başlayandan sonra Rusiyaya qarşı bir neçə sanksiya paketi tətbiq edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu