Norveç Belarusa yeni sanksiyalar tətbiq edib


Norveç Belarusa qarşı əlavə sanksiyalar tətbiq edib.



AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

Bildirilir ki, yeni sanksiyalar Aİ-nin 29 iyun 2024-cü ildə Belarusa qarşı gördüyü tədbirlərə uyğundur. "Sanksiyalar əhatəlidir və ölkənin bir sıra sektorlarını əhatə edir. Belarus iqtisadiyyatı, o cümlədən ticarət, xidmətlər və nəqliyyat bu sıraya aiddir", - deyə məlumatda qeyd edilir. Həmçinin əlavə edilir ki, Rusiyaya qarşı sanksiya rejiminin bir sıra tədbirləri Belarusa da şamil edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu