Yaponiya Rusiyaya qarşı sanksiyaları saxlayacaq


Yaponiya hökuməti Rusiyaya qarşı sanksiya təzyiqi kursunu davam etdirmək və Ukraynanı dəstəkləməkdə qərarlıdır.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ölkənin Xarici İşlər Nazirliyinin yeni rəhbəri Takeşi İvaya deyib.

O, əvvəlki baş nazir Fumio Kişida administrasiyasının mövqeyinin olduğu kimi qalacağını deyib: "Biz Ukraynaya dəstəyi və Rusiyaya qarşı sanksiyaları fəal şəkildə təşviq etməyə davam edəcəyik".

İvaya həmçinin qeyd edib ki, Avropa və Hind-Sakit okean regionunda təhlükəsizlik ayrılmazdır və istənilən yerdə status-kvonu güc yolu ilə dəyişdirmək cəhdi qəbuledilməzdir.

Ukraynada xüsusi hərbi əməliyyata başlayandan sonra Kişida hökuməti Rusiyaya qarşı bir neçə sanksiya paketi təqdim edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu