Aİ İrana qarşı sanksiyaları bir il müddətinə uzadıb
Avropa İttifaqı Rusiyaya dəstək verdiyi, eləcə də Tehranın Yaxın Şərq və Qırmızı dəniz regionunda sabitliyi pozduğuna görə İrana qarşı sanksiyaları bir il müddətinə uzadıb.
Bu barədə Aİ Şurasının bəyanatında deyilir.
"Aİ Şurası Ukraynada həyata keçirilən xüsusi hərbi əməliyyat çərçivəsində və Yaxın Şərq və Qırmızı dəniz regionunda silahlı qruplara və birləşmələrə dəstək verdiyinə görə, Rusiyaya dəstək verdiyi üçün İrana qarşı sanksiyaları 2025-ci il iyulun 27-dək uzadıb" - deyə sənəddə qeyd edilir.