Britaniya bu gün Rusiyaya qarşı yeni sanksiyaları elan edəcək


Böyük Britaniya iyunun 13-də Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək. Bu sanksiyalar Rusiya Federasiyasına ikili təyinatlı malların ixracının qarşısını almağa yönələcək.


AFN.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Londonda bir qrup xarici jurnalist üçün keçirdiyi brifinqdə deyib. "Bu gün biz fiziki şəxslərə və şirkətlərə qarşı əhəmiyyətli sanksiyalar elan edəcəyik, lakin əsas odur ki, bunlar Böyük Britaniya və ya Avropada fəaliyyət göstərən şirkətlərlə məhdudlaşmır. Biz Rusiya döyüş maşınının yanacağı üçün istifadə olunan məhsulların haradan gəldiyini müəyyən etmək üçün bütün dünyadakı şirkətləri hədəfləyirik" - deyə Kemeron bildirib.

Xarici İşlər Nazirliyinin rəhbəri Çin, Qırğızıstan, Türkiyə və İsrail firmalarının Londonun sanksiyalarına məruz qalacağını vurğulayıb. “Mən ABŞ və Avropa İttifaqının sanksiyalar maşınının bütün imkanlarından istifadə etmələrini və Rusiyaya maksimum təzyiq göstərməyi təmin etmək istəyirəm”, - deyə o əlavə edib.

Kemeron bu yaxınlarda konkret gəmilərə qarşı sanksiyalar tətbiq edən qanunun qəbulunu xatırladıb və Rusiya neftini qeyri-qanuni yolla bütün dünyaya daşıyan tankerlərin kölgə donanmasını "ovlamağa” çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu