G7 Ukraynaya dəstəyi və Rusiyaya qarşı iqtisadi sanksiyaları davam etdirəcək


G7 xarici işlər nazirləri Ukraynaya güclü dəstəyi və Rusiyaya qarşı ciddi iqtisadi sanksiyaları davam etdirməyə razılaşıblar.



Paytaxt Tokioda G7 2023 Dövr Prezidenti Yaponiyanın ev sahibliyi ilə qrup ölkələrinin xarici işlər nazirlərinin toplantısı davam edir.

Yaponiyanın xarici işlər naziri Kamikava Yokonun sədrliyi ilə keçirilən iclasda ABŞ, Kanada, Almaniya, İtaliya, İngiltərə və Fransanın xarici işlər nazirləri iştirak edir.

İclasın Ukrayna sessiyasında G7 Nazirləri Ukraynaya güclü dəstəyi və Rusiyaya qarşı ciddi iqtisadi sanksiyaları davam etdirməyə razılaşıblar.

Nazirlər 2022-ci ilin fevralından bəri Rusiyanın hücumlarına məruz qalan Ukraynanın orta və uzunmüddətli yenidən qurulması üçün səylərin artırılacağını vurğulayıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu