Yaponiya Ukraynaya maliyyə dəstəyi modeli hazırlayır


Sabah G7 ölkələrinin maliyyə nazirləri Rusiyanın işğalı, qlobal iqtisadiyyat və maliyyə bazarlarını müzakirə edəcəklər. Həmçinin görüş zamanı Yaponiya Ukraynaya maliyyə dəstəyi modelini təqdim edəcək.


AFN.az Reuters-ə istinadən xəbər verir ki, bunu Yaponiyanın maliyyə naziri Şuniçi Suzuki deyib.

Qeyd edək ki, Vaşinqtonda keçiriləcək G7 maliyyə nazirlərinin iclasına Yaponiya sədrlik edəcək. Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, ABŞ və Yaponiyanın daxil olduğu G7-nin Ukraynaya maliyyə dəstəyi və Rusiyaya qarşı sanksiyaların tətbiqində həmrəyliklərini təsdiqləmələri gözlənilir.

Suzuki həmçinin qeyd edib ki, görüş zamanı Yaponiyanın Ukraynaya maliyyə dəstəyi modelini G7-dən olan həmkarlarına təqdim edəcək və izah edəcək. Bu, ölkə hökumətinin müharibə edən ölkəyə kreditlərin verilməsi və digər dəstək tədbirləri üçün zəruri olan bir sıra qanunvericilik dəyişiklikləri etməsi ilə bağlıdır. "Yaponiya borc problemlərinin həllinə və inkişaf etməkdə olan ölkələrin dəstəklənməsinə fəal töhfə verib. Biz Yaponiyanın səylərini izah etmək və beynəlxalq əməkdaşlığı inkişaf etdirmək istəyirik", - deyə nazir əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu