G7 maliyyə nazirləri Ukraynaya yardımı müzakirə edəcəklər


Yeddilik (G7) ölkələrinin maliyyə nazirliklərinin və mərkəzi banklarının rəhbərləri çərşənbə axşamı onlayn danışıqlar aparacaqlar.


Reuters bu barədə iclasa sədrlik edən Yaponiya naziri Şuniçi Suzukiyə istinadən məlumat yayıb.

Nazirlərin müzakirə etməyi planlaşdırdıqları məsələlər arasında Ukraynaya dəstək və digər mövzular da var. Görüşlə bağlı əlavə təfərrüatlar verilməyib.

Yaponiya son bir ildə əsas mövzularından biri Ukraynaya yardım olan G7-də sədrliyini başa vurur. Tokio dəfələrlə Moskvaya qarşı sanksiyaları saxlamaq və Kiyevə dəstəyi davam etdirmək öhdəliyini bəyan edib. 2024-cü ildə G7-yə sədrlik İtaliyaya keçəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu