"Brent" markalı neftin barreli 73,27 dollardan satılır



"Brent" markalı neftin barreli beynəlxalq fyuçers bazarlarında 73,27 dollardan satılır.

AFN.az xəbər verir ki, ötən gün 74,25 dollara qədər yüksələn "Brent" neftinin fyuçers barrel qiyməti günü 73,91 dollarla tamamlamışdı.

"Brent" neftinin barrel qiyməti bu gün saat 10:13-ə olan məlumata görə, bağlanış qiyməti ilə müqayisədə təxminən 0,9 faiz azalaraq 73,27 dollar təşkil edib.

Eyni dəqiqələrdə "West Texas Intermediate" (WTI) tipli xam neftin barreli isə 70,03 dollardan alıcı tapıb.

"Brent" neftində texniki olaraq 72,80 dolların dəstək, 74 dolların isə müqavimət zonası olaraq izlənilə biləcəyi qeyd olunur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu