Brent markalı neftin barreli 93,35 dollardan satılır
Beynəlxalq fyuçers bazarlarında Brent markalı neftin barrel qiyməti 93,35 dollara bərabər olub.
AFN.az xəbər verir ki, ötən gün 93,69 dollara qədər yüksələn Brent neftinin barrel qiyməti günü 93,10 dollarla başa vurmuşdu.
Brent markalı neftin fyuçers barrel qiyməti bu gün saat 10:30-a olan məlumata görə, qapanışla müqayisədə təxminən 0,28 faiz artaraq 93,35 dollar təşkil edib.
Eyni dəqiqələrdə Qərbi Texas növü (WTI) xam neftinin barreli isə 90,47 dollardan alıcı tapıb.
Neft qiymətləri ABŞ və İran qüvvələrinin yenidən münaqişə mühitinə qayıda biləcəyi və müharibənin yeni mərhələsində tərəflərin daha da sərtləşəcəyi narahatlığı ilə yüksəliş meylinə qədəm qoyub.
Artan gərginliklə birlikdə neft qiymətləri yüksələrkən, bunun inflyasiyaya göstərəcəyi təsirlərlə bağlı narahatlıqlar da çoxalıb.
Tramp verdiyi açıqlamada inflyasiyadakı yüksəlişdən məmnun olduğunu bildirərək, ABŞ-nin Hörmüz boğazı vasitəsilə neft axınını gizli şəkildə asanlaşdırdığını və bu yolla ümumilikdə 100 milyon barrel xam neft tədarükünün həyata keçirildiyini müdafiə edib.
Qiymətlərin yüksəlməsində ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatları da təsirli olub.
Ölkədəki kommersiya xam neft ehtiyatları 5 iyunda başa çatan həftədə 7,2 milyon barrel azalaraq 426,5 milyon barrelə geriləyib. Bazarın gözləntisi ehtiyatların təxminən 3 milyon barrel azalacağı yönündə idi.
Brent neftində texniki olaraq 94,02 dolların müqavimət, 92,77 dolların isə dəstək zonası kimi izlənilə biləcəyi qeyd olunur.
