Brent neftinin barreli 97,60 dollardan satılır
Brent markalı neftin barrel qiyməti beynəlxalq fyuçers bazarlarında 97,60 dollardan satılır.
AFN.az xəbər verir ki, Brent neftinin fyuçers barrel qiyməti bu gün saat 10:46-a olan məlumata görə, əvvəlki bağlanışla müqayisədə təxminən 1,7 faiz artaraq 97,60 dollar təşkil edib.
Eyni dəqiqələrdə "West Texas Intermediate" (WTI) tipli xam neftin barreli isə 95,36 dollardan alıcı tapıb.
Qiymətlərin yüksəlməsində ABŞ-İran sülh danışıqlarındakı qeyri-müəyyənlik və Körfəzdə yenidən artan gərginlik təsirli olub.
Brent neftində texniki olaraq 98,3 dolların müqavimət, 96,72 dolların isə dəstək zonası olaraq izlənilə biləcəyi qeyd edilir.
