Macarıstan ukraynalı zabitin ölkəyə girişinə qoyulan qadağanı aradan qaldırıb


Macarıstan hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdiyə ölkəyə giriş qadağasını ləğv edib.

AFN.az xəbər verir ki, bu barədə “Magyar Hang” portalı mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Xaricilərlə İş üzrə Milli İdarə (OIF) Viktor Orbanın əvvəlki hökuməti tərəfindən Brovdiyə tətbiq edilən Macarıstana giriş və ölkədə qalmaq qadağasını aradan qaldırıb. Qərar xüsusi xidmət orqanlarının hazırladığı rəy əsasında qəbul edilib. Həmin qurumlar Brovdinin ölkənin milli təhlükəsizliyi üçün təhlükə yaradıb-yaratmadığını qiymətləndirməli olublar.

Portal xatırladır ki, Brovdiyə 2025-ci ilin avqustunda Macarıstana və digər Şengen zonasına daxil olan ölkələrə giriş qadağan edilmişdi. Buna səbəb onun Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisindəki “Drujba” neft kəmərinə hücumlarını təşkil etməkdə ittiham olunması idi. Həmin vaxt Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukraynanın bu addımlarını ölkənin suverenliyinə qəsd və enerji təhlükəsizliyinə təhdid kimi qiymətləndirmişdi. Macarıstan neftinin böyük hissəsini hələ də bu kəmər vasitəsilə alır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu