Niderland Ukraynaya dəstək üçün Macarıstana təzyiqi artıracaq


Niderland hakimiyyəti Ukraynaya gələcək yardım məsələsində ümumi razılığa gəlmək üçün Avropa İttifaqı daxilində Macarıstana qarşı təzyiqlərin gücləndirilməsinə çalışacaq.

AFN.az xəbər verir ki, bu barədə krallığın xarici işlər naziri Tom Berendsen Brüsseldə keçirilən Aİ XİN rəhbərlərinin görüşündə bəyanat verib.

"Biz Macarıstana təzyiqin daha da artırılması xəttinə sadiqik ki, Ukrayna ilə bağlı qərar qəbul edilə bilsin", – deyə nazir bildirib. Bununla belə, Berendsen Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin yaxın vaxtlarda qəbul olunacağını gözləmədiyini də əlavə edib.

Xatırladaq ki, Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Budapeştin mövqeyini kəskin şəkildə ifadə edib. O bildirib ki, Ukraynanın birliyə üzvlüyü müzakirə mövzusu ola bilməz. Həmçinin, yanvarın 27-dən bəri "Dostluq" (Drujba) kəməri ilə neft nəqli bərpa olunmayana qədər Macarıstan tərəfi nə Rusiyaya qarşı 20-ci sanksiyalar paketini, nə də Kiyevə ayrılacaq 90 milyard avroluq krediti təsdiqləyəcək.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu