Siyarto: Macarıstanın razılığı olmadan Ukrayna Aİ-yə üzv ola bilməz


Ukraynanın Avropa İttifaqına (Aİ) qəbuluna dair qərar yalnız bütün üzv ölkələrin yekdil razılığı ilə qəbul edilə bilər və Budapeşt belə addıma qarşıdır.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.

Xatırladaq ki, bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski “Kiyev Macarıstanın mövqeyindən asılı olmayaraq Aİ-yə inteqrasiya olunacaq” deyə bəyanat verib.

“Hansı ölkənin Aİ-yə üzv olmağa hazır olduğu və hansının birliyə qəbul ediləcəyi barədə qərarı Ukrayna prezidenti deyil, Avropa İttifaqının özü verir. Belə qərarlar üçün ittifaq daxilində yekdillik tələb olunur,” – deyə Siyarto qeyd edib.

O, əlavə edib ki, macar xalqı artıq öz seçimini edib və Brüsseldə məhz onların iradəsini təmsil edirlər. Siyarto bu sözlərlə bu il Macarıstanda keçirilən və Ukraynanın Aİ-yə sürətli qəbuluna qarşı keçirilmiş referendumun nəticələrinə istinad edib.

Referendumda 2 milyondan çox insan iştirak edib və onların 95 faizi Ukraynanın tələsik Aİ-yə qəbuluna qarşı çıxıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu