Brent nefti 95,20 dollardan satılır



Brent markalı neftin bir barrelinin qiyməti beynəlxalq fyuçers bazarlarında 95,20 dollardan ticarət edilir.

AFN.az xəbər verir ki, ötən gün 97,44 dollara qədər yüksələn Brent neftinin barrel qiyməti günü 95,03 dollar səviyyəsində başa vurmuşdu.

Brent neftinin fyuçers barrel qiyməti bu gün saat 10:36-a olan məlumata görə, qapanışla müqayisədə təxminən 0,2 faiz artaraq 95,20 dollar olub.

Eyni dəqiqələrdə Qərbi Texas növü (WTI) xam neftinin bir barreli isə 92,89 dollardan alıcı tapıb.

Qiymətlərin yüksəlməsinə Hizbullahın İsrail ilə atəşkəsi rədd etməsi və ABŞ-İran gərginliyinin yenidən alovlanması ilə Yaxın Şərqdə sülh ümidlərinin zəifləməsi təsir göstərib.

Analitiklər dünyada istehlak edilən neftin təxminən beşdə birinin keçdiyi Hörmüz boğazındakı neft axınının müharibədən əvvəlki səviyyələrdən aşağı qalmaqda davam etdiyinə diqqət çəkirlər.

Bu vəziyyətin qlobal tədarük narahatlıqlarını artırdığı və neft bazarında riskləri yüksəltdiyi bildirilir.

Ekspertlər Yaxın Şərqdə gərginliyin azalacağına dair hələlik aydın siqnalların olmamasının neft qiymətlərini dəstəkləməyə davam etdiyini vurğulayırlar.

Texniki baxımdan Brent neftində 95,63 dolların müqavimət, 95,15 dolların isə dəstək zonası olaraq izlənilə biləcəyi qeyd edilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu