Brent neftinin barreli 73,45 dollardan satılır
Brent neftinin barreli beynəlxalq fyuçers bazarlarında 73,45 dollardan satılır.
AFN.az xəbər verir ki, cümə günü 75,46 dollara qədər yüksələn Brent neftinin fyuçers barrel qiyməti günü 72,6 dollardan başa vurmuşdu.
Brent neftinin barrel qiyməti bu gün saat 10:32-yə olan məlumata görə, bağlanış qiyməti ilə müqayisədə təxminən 1,1 faiz artaraq 73,45 dollar olub.
Eyni dəqiqələrdə Qərbi Texas növü (WTI) xam neftinin barreli isə 70,22 dollardan alıcı tapıb.
Neft qiymətlərinin yüksəlməsində ABŞ ilə İran arasında Hörmüz boğazı ətrafındakı gərginliyə dair ziddiyyətli xəbər axınının bazarlarda qeyri-müəyyənliyi artırması təsirli olub.
Qeyd edək ki, ötən həftə qiymətlər Hörmüz boğazındakı neft tankerlərinin keçidinin yenidən sürətlənməsi ilə tədarük narahatlıqlarının yüngülləşməsi nəticəsində geriləmişdi.
İnvestorlar geosiyasi müayinələrlə yanaşı, "OPEC+" qrupunun iyulun 5-də keçirəcəyi toplantıdan çıxacaq hasilat siyasəti, qlobal tələb perspektivi və ABŞ Mərkəzi Bankının (FED) pul siyasətinə dair gözləntiləri də yaxından izləyirlər.
Brent neftində texniki olaraq 72,30 dolların dəstək, 73,48 dolların isə müqavimət zonası olaraq təqib edilə biləcəyi qeyd olunur.
