İsrailin İrana hücumu nəticəsində neftin qiyməti 7 faizdən çox artdı

Brent markalı xam neftin bir bareli beynəlxalq bazarlarda 73,58 dollara satılır. İsrailin İrana hücum etməsindən sonra neftin qiyməti son beş ayın ən yüksək səviyyəsinə çatıb.
Dünən Brent neftinin bir barelinin qiyməti 69,71 dollaradək yüksəlib və günü 69,65 dollarla tamamlayıb.
Bu gün saat 10:00-a olan məlumata əsasən, Brent markalı neftin bir bareli əvvəlki bağlanışla müqayisədə 5,6 faiz artaraq 73,58 dollar olub. Eyni saatda ABŞ-ın Qərbi Texas (WTI) markalı xam neftinin bir bareli 71,52 dollara satılıb.
Bakı vaxtı ilə 05:10-da Brent neftinin bir bareli 7,40 faiz artaraq 74,49 dollara, WTI markalı neftin barel qiyməti isə 7,86 faiz artaraq 73,39 dollara yüksəlib.