Brent neftinin bir bareli 95,48 dollardan satılır



Brent neftinin bir bareli beynəlxalq fyuçers bazarlarında 95,48 dollardan satılır.

AFN.az xəbər verir ki, dünən 97,62 dollara qədər yüksələn Brent neftinin fyuçers üzrə bir barelinin qiyməti günü 95,52 dollardan tamamlayıb.

Brent neftinin noyabr fyuçersləri üzrə bir barelinin qiyməti bu gün saat 10:30 etibarilə əvvəlki bağlanışla müqayisədə 0,04 faiz azalaraq 95,48 dollar olub. Eyni vaxtda Qərbi Texas tipli (WTI) xam neftin oktyabr fyuçersləri üzrə bir barelinin qiyməti də 91,38 dollar təşkil edib.

Neft qiymətləri ABŞ administrasiyasının İranla müddətsiz müharibə aparmaq niyyətində olmadığına dair açıqlamaları və Hörmüz boğazından neft daşımalarının davam etdiyinə dair xəbərlərin geosiyasi risklərin davam etməsi ilə bağlı narahatlıqları balanslaşdırması fonunda üfüqi istiqamətdə hərəkət edir.

Hörmüz boğazında neft daşımalarının davam etdiyinə dair xəbərlər də qiymətlərdəki enişi dəstəkləyib.

Brent neftində texniki baxımdan 101 dolların müqavimət, 90,23 dolların isə dəstək səviyyəsi kimi izlənilə biləcəyi bildirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu