Brent nefti 98,53 dollaradək ucuzlaşdı
Brent markalı neftin bir bareli beynəlxalq fyuçers bazarında 98,53 dollardan satılır.
AFN.az xəbər verir ki, dünən 102,30 dollara qədər yüksələn Brent neftinin fyuçers qiyməti günü 99,25 dollarla başa vurub.
Brent neftinin noyabr fyuçerslərinin bir bareli bu gün saat 10:30-a olan məlumata görə, əvvəlki bağlanışla müqayisədə 0,7 faiz azalaraq 98,53 dollar olub.
Eyni vaxtda Qərbi Texas tipli (WTI) xam neftin noyabr fyuçerslərinin bir bareli 89,40 dollar səviyyəsində müəyyənləşib.
Brent neftində texniki baxımdan 98,75 dollar müqavimət, 97,87 dollar isə dəstək səviyyəsi kimi izlənilir.
