Brent nefti 102 dollar həddini keçdi
Brent markalı neftin bir barreli beynəlxalq fyuçers bazarlarında 102,08 dollardan satılır.
AFN.az xəbər verir ki, dünən 104,90 dollara qədər yüksələn Brent neftinin fyuçers qiyməti günü 100,34 dollardan başa vurub.
Brent neftinin noyabr fyuçerslərinin bir barreli bu gün saat 10:33-ə olan məlumata görə, əvvəlki bağlanışla müqayisədə 1,7 faiz artaraq 102,08 dollar təşkil edib.
Eyni vaxtda Qərbi Texas markalı xam neftin (WTI) noyabr fyuçerslərinin bir barrelinin qiyməti 93,70 dollar olub.
Texniki təhlilə əsasən, Brent neftində 102,13 dollar müqavimət, 101,55 dollar isə dəstək səviyyəsi kimi izlənilə bilər.
