Brent neftinin bir barreli 102,99 dollardan satılır



Brent neftinin bir barreli beynəlxalq fyuçers bazarlarında 102,99 dollardan satılır.

AFN.az xəbər verir ki, dünən 106,02 dollara qədər yüksələn Brent neftinin fyuçers üzrə bir barelinin qiyməti günü 104,82 dollardan başa vurub. Brent neftinin noyabr fyuçersləri üzrə bir barrelinin qiyməti bu gün saat 10:25 etibarilə əvvəlki bağlanışla müqayisədə 1,7 faiz azalaraq 102,99 dollar olub.

Eyni dəqiqələrdə Qərbi Texas tipli (WTI) xam neftin oktyabr fyuçersləri üzrə bir barrelinin qiyməti də 100,39 dollar müəyyənləşib.

Brent neftində texniki baxımdan 104,1 dolların müqavimət, 103 dolların isə dəstək bölgəsi kimi izlənilə biləcəyi bildirilir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu