Geoffrey Hinton süni intellektin riskləri barədə xəbərdarlıq edib



Süni intellektin qabaqcıllarından olan Nobel mükafatlı alim Geoffrey Hinton bəşəriyyətin bu texnologiyanı heç inkişaf etdirməməsinin daha yaxşı ola biləcəyini bildirib. 

AFN.az xəbər verir ki, Hinton süni intellektin bu il və ya gələn il elektrik enerjisi və ya maliyyə sistemlərində genişmiqyaslı fasilələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Gələcəkdə süni intellektdən qaynaqlana biləcək mümkün böhranları Çernobıl faciəsi ilə müqayisə edən Hinton enerji ötürücü xətlərini və ya maliyyə infrastrukturunu bir həftə ərzində sıradan çıxaracaq hücumların baş verə biləcəyini ifadə edib.

Alim qarşıdakı 10 il ərzində bəşəriyyətin texnologiyanın risklərini idarə edə bilib-bilməyəcəyinin aydınlaşacağını bildirib. Əks halda kütləvi işsizlik və cəmiyyətdə dərin parçalanmaların yaşanacağını vurğulayıb.

Sektorun aparıcı şirkətlərinin rəhbərlərini də tənqid edən Hinton təhlükəsizlik risklərinin nəzərə alınmadığını qeyd edib.

ABŞ Prezidenti Donald Tramp süni intellektə dair qlobal nəzarət təşəbbüslərinə qarşı çıxarkən, Hinton süni intellekt modellərinin bazara çıxarılmadan əvvəl dərman sektorunda olduğu kimi müstəqil qurumlar tərəfindən ciddi sınaqlardan keçirilməli olduğunu müdafiə edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu