Gədəbəyin yeni icra başçısı Kəngərlidəndir
Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Hacıbaba Adil oğlu Babayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
AFN.az-ın məlumatına görə, Hacıbaba Babayev Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olub.
O, əmək fəaliyyətinə 2004-cü ildə Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində başlayıb. 2022-ci ilədək həmin şöbədə baş məsləhətçi vəzifəsində çalışıb.
2022-ci ildə Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə Aparatın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinə müdiri təyin olunub.
Hacıbaba Babayev həmin ildən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin müavini vəzifəsində fəaliyyət göstərib.
O, Prezidentin Sərəncamı ilə 2017-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.


