Prezident Naxçıvana yeni icra başçısı təyin etdi - SƏRƏNCAM (YENİLƏNİB)
Anar Mehti oğlu Babayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
AFN.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Cabbar Musayev bu ilin fevralında Muxtar Respublikanın Baş naziri təyin olunub və həmin vaxtdan onun postu vakant qalmışdı.
Prezident bu gün həmçinin Rəcəb Zakir oğlu Rəhimlini Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Onun yerinə Nurlan Rauf oğlu Hacıyev təyin olunub.
Başqa bir sərəncamla Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. O, Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.



