Yasamalda yaşıllığı məhv edərək hotel tikirlər? - VİDEO
Paytaxtın “Yeni Yasamal” yaşayış massivində, Dadaş Bünyadzadə küçəsi, 5 ünvanında yaşıllığın məhv edildiyi ilə bağlı xəbərlər yayılıb. İddia olunur ki, ərazidə qanunsuz hotel tikilir.
Ərazidə yaşayan sakinlər burada uzun müddətdir tikinti getdiyini, ancaq nəyin inşa olunduğunu bilmədiklərini söylədilər.
Sakinlər dedilər ki, hasara alınma ağaclara çox yaxın aparıldığından onların bəziləri quruyub.
Özünü mülkiyyətin sahibi kimi təqdim edən Elvira Kəsəmənli Xəzər Tv-yə rəsmi sənəd təqdim etdi və dedi ki, bura şəxsi evidir, əlində də rəsmi çıxarışı var.
Təxminən 400 kvadratmetrə yaxın ərazidə öz şəxsi mülkünü tikdiyini bildirən ev sahibi dedi ki, ərazinin digər hissəsi də qayınanasına məxsusdur. Bildirdi ki, ağacların bəzisinin quruması da təbii prosesdir.
Məsələ ilə əlaəqdar Yasamal Rayon İcra Hkaimiyyətindən bildirildi ki, ünvanda tikinti işi aparılmır və heç bir ağac da kəsilməyib.





