Əraqçi ABŞ-da vasitəçilərlə görüşəcək
İranın xarici işlər naziri Abbas Əraqçinin bu gün ABŞ-da vasitəçilərlə görüşəcəyi açıqlanıb.
AFN.az xəbər verir ki, ISNA-nın məlumatına görə, Əraqçi İran və ABŞ arasında vasitəçilik edən Qətərli şəxslərlə görüşəcək.
Əraqçi daha əvvəl açıqlamasında Hörmüz boğazının açılması ilə bağlı ABŞ tərəfinə təqdim olunan şərtlərlə əlaqədar vasitəçilərdən hələlik cavab almadıqlarını və cavab gözlədiklərini bildirib.
Vasitəçilərin ABŞ-ın İranın şərtlərinə verdiyi cavabı İran nümayəndə heyətinə çatdırması gözlənilir.
