Əraqçi İranın ABŞ-la əlaqədə olması iddialarını təkzib etdi



İranın xarici işlər naziri Abbas Əraqçi qərb mediasında yer alan və son günlərdə Tehran rəhbərliyinin ABŞ-la birbaşa təmasda olduğu iddia edilən xəbərlərə sərt reaksiya verib.

AFN.az xəbər verir ki, Əraqçi "X" sosial media platformasındakı hesabı vasitəsilə məsələyə aydınlıq gətirib.

Nazir ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff ilə sonuncu ünsiyyətinin ABŞ-İsrail hücumlarından əvvəl baş tutduğunu vurğulayaraq, bunun əksini iddia edən hər cür məlumatın yalnız neft tacirlərini və ictimaiyyəti yanıltmağa xidmət etdiyini bildirib.

Qeyd edək ki, ABŞ-da fəaliyyət göstərən "Axios" xəbər saytı adı açıqlanmayan mənbələrə istinadən yaydığı məlumatda İranın xarici işlər naziri Əraqçi ilə Trampın nümayəndəsi Vitkoff arasında birbaşa əlaqənin yarandığını iddia etmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu