Enerji böhranı Aİ-ni metan emissiyaları ilə bağlı qərarını dəyişməyə vadar edib


Avropa Komissiyası enerji qiymətlərinin artması fonunda metan emissiyalarının azaldılması ilə bağlı yeni qaydaların qüvvəyə minməsini təxirə salmaq niyyətindədir.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Aİ-nin energetika məsələləri üzrə komissarı Dan Yorgensen Dublində keçirilən Aİ enerji nazirlərinin qeyri-rəsmi görüşü öncəsi bildirib.

Onun sözlərinə görə, Aİ ölkələri ilə məsləhətləşmələrdən sonra yeni qaydaların tətbiqinin mümkün qədər gecikdirilməsi məsələsinin araşdırılması üçün Komissiyanın müvafiq xidmətlərinə göstəriş verilib.

Yorgensen vurğulayıb ki, söhbət metan emissiyalarına dair tələblərin yumşaldılmasından deyil, onların qüvvəyə minmə tarixinin təxirə salınmasından gedir.

Metan emissiyalarının azaldılması planı Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin əsas ekoloji təşəbbüslərindən biri olub. Qaydaların mərhələli şəkildə tətbiqi nəzərdə tutulurdu və 2027-ci il yanvarın 1-dən şirkətlərin bütün növ yanacağın yandırılması zamanı metan emissiyalarının azaldılması ilə bağlı hesabat təqdim etməsi məcburi olmalı idi.

Avropa ölkələrində enerji qiymətlərinin yenidən artması fonunda bu tələbin istehlakçılar üçün enerji xərclərini daha da yüksəldə biləcəyi bildirilir. Bu səbəbdən tədbir bir sıra Aİ ölkələri üçün ciddi iqtisadi yükə çevrilib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu