ABŞ məhkəməsi Tramp administrasiyasının ştatlara maliyyə kəsintisi planını dayandırıb
ABŞ-da federal məhkəmə Prezident Donald Tramp administrasiyasının seçkilərin keçirilməsi ilə bağlı müəyyən etdiyi şərtləri yerinə yetirməyən ştatlara bəzi vəsaitlərin verilməsini dayandırması tətbiqini əngəlləyib.
AFN.az xəbər verir ki, Vaşinqton Dairə Məhkəməsinin hakimi Amir Ali 3 noyabr 2026-cı ildə keçiriləcək Konqres aralıq seçkiləri yaxınlaşarkən məsələ ilə bağlı qərarını açıqlayıb.
Qərarda federal qurumların sözügedən qrantların verilməsini seçkilərin keçirilməsi ilə bağlı şərtlərə bağlamaq üçün Konqres tərəfindən səlahiyyətləndirilmədiyi qənaətinə gəlinib.
Şərtlərin qrantların əsas məqsədi ilə əlaqəli olmasını tələb edən hüquqi meyarlara cavab vermədiyi bildirilən qərarda Tramp administrasiyasının seçkilərin keçirilməsi ilə bağlı müəyyən etdiyi şərtləri yerinə yetirməyən ştatlara bəzi federal terrorla mübarizə vəsaitlərinin verilməsini dayandırması tətbiqinin əngəlləndiyi qeyd edilib.
Federal Fövqəladə Halların İdarə Olunması Agentliyi (FEMA) tərəfindən elan edilən terrorla mübarizə qrant proqramında ştatlar və şəhər əraziləri üçün ayrılan vəsaitlərin 20 faizinin seçkilərlə bağlı müəyyən edilmiş şərtlər yerinə yetirilənə qədər verilməməsi nəzərdə tutulmuşdu.
Bu şərtlər arasında qeydiyyatda olan bütün seçicilərin və seçki rəsmilərinin ABŞ vətəndaşı olduğunun təsdiqlənməsi, səslərin hesablanmasında barkod və ya QR kodlardan istifadə edən elektron sistemlərin olduğu yerli idarələrin əllə işarələnən kağız seçki bülletenlərinə keçid üçün plan təqdim etməsi yer alırdı.
Bəzi şəhər idarələri FEMA-nın seçkilərin keçirilməsi ilə bağlı bu şərtləri tətbiq etmək səlahiyyətinin olmadığı əsas gətirilərək məhkəməyə müraciət edib, ştat administrasiyaları da məsələ ilə bağlı oxşar iddia qaldırmışdı.
