Pentaqon İrana qarşı 200 milyard dollar büdcə istəyib
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) İrana qarşı hərbi əməliyyatları davam etdirmək məqsədilə Konqresə təqdim olunması üçün Ağ Evdən 200 milyard dollardan çox büdcə tələb etdiyi iddia edilib.
AFN.az xəbər verir ki, "Washington Post" qəzeti mövzu ilə bağlı məlumatlı mənbələrə istinadən yaydığı xəbərdə Pentaqonun İrana qarşı hücumları maliyyələşdirmək üçün 200 milyard dollardan çox vəsait ayrılması tələbi ilə Ağ Evə müraciət etdiyini bildirib. Xəbərdə Ağ Evin Konqresdən konkret nə qədər büdcə istəyəcəyinin hələlik qeyri-müəyyən qaldığı və Müdafiə Nazirliyinin son iki həftə ərzində bu məsələ ilə bağlı fərqli maliyyələşdirmə paketləri təklif etdiyini irəli sürüb.
Sözügedən məbləğin Tramp administrasiyasının bu günə qədər həyata keçirdiyi hava əməliyyatlarının xərclərini üstələyəcəyinə diqqət çəkilən xəbərdə bəzi yüksək rütbəli Ağ Ev rəsmilərinin bu tələbin Konqresdə təsdiqlənmə ehtimalına şübhə ilə yanaşdıqları iddia edilib.
Bu tələbin xüsusilə münaqişəyə qarşı çıxan Konqres üzvlərinin ciddi müqaviməti ilə qarşılaşacağı qeyd edilib. Məlumatda Müdafiə Nazirliyinin məsələ ilə bağlı şərh verməkdən imtina etdiyi, Ağ Evin isə rəy sorğularına hələlik cavab vermədiyi bildirilib.

